|
Yevlaxda iki əvvəl qətlə yetirilən gəncin atası intihara cəhd edib.
Teleqraf.az xəbər verir ki, xəbər verir ki, 59 yaşlı İbrahim Abdullayev Bakının Azadlıq meydanında üstünə benzin tökərək özünü yandırmaq istəyib.
Lent.az yazıb ki, hadisə yaxınlığındakı vətəndaşlar və polis əməkdaşları İ.Abdullayevin intiharına imkan verməyib.
Qeyd edək ki, onun 1994-cü il təvəllüdlü oğlu Vasif Abdullayev 2013-cü ildə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən Knyaz Niyaz oğlu Bəkirov saxlanılıb.