|
Ötən axşam Masallıda və Gəncədə yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Ləngan kəndində vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə və içərisinə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Gəncə şəhəri, Nizami rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan ətrafı hasara alınmış ərazidə 255 ton ot bağlamasının 55 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.