|
Yardımlıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.az-a verilən məlumata görə, Yardımlı rayonu, Gendərə kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ərazidə 3 ha sahədə meşə zolagı yanıb.
Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda da yanğın hadisəsi qeydə alınıb. Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan mebel salonun zirzəmisində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik açarı və 2 p.m çıxış kabeli yanıb.
Mebel salonu yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ağsuda isə Növcü kəndində (rayon mərkəzindən 15 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 9 ha biçilmiş taxıl sahəsi və 360 kv.m sahədə kol-kos yanıb.
Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.