|
Mingəçevir şəhərində toyda 10 nəfər qidadan zəhərlənib. “Report”un xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən “Altun” restoranında keçirilən toy mərasimində baş verib.
Belə ki, toyda müxtəlif qidalar qəbul edən 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır.
Zəhərlənən şəxslərin 6 nəfəri qadın, 4 nəfəri isə kişidir.
Hazırda həmin şəxslərin hansı qidadan zəhərlənməsi ilə bağlı araşdırma aparılır.