"Bir neçə gün əvvəl qardaşım Dilavərin (Əliyev) oğlu Bəhruzu işlədiyi kafedən 7-8 polis tutub Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (Bandotdel) aparıblar". 

 Bu barədə VHP sədri Qafqazinfoya  müsahibəsində bildirib. O qeyd edib ki, qardaşı oğluna qarşı bu cür münasibət digər qardaşı Əlövsət Əliyevlə bağlıdır: Bəhruzun komputerini götürüb baxıblar. Üç  gün onu orada ac-susuz, sorğu-sualsız  saxlayıblar, sonra buraxıb deyiblər ki, get sabah  gələrsən. Bu nə münasibətdir?! Onun atası polis işçisisidir, atasına zəng edib deyin ki, oğlunu göndər. Bu basqın nə deməkdir?! Bəhruzla bir yerdə iki nəfəri də tutublar, onları buraxıb Bəhruzu saxlayıblar. Şəkinski idarə rəisidir deyə nə istəyir onu etməlidir?! Bizi ailəvi həbs etdirəcək ya ölkədən çıxartdıracaq?!  Bunun özündən soruşan yoxdur ki, sənin bu məsələdə heç günahın yoxdur?! Onun atası çox ləyaqətli bir kişi idi, Əkrəm Şəkinski. Çox yaxşı da münasibətlərimiz var idi. Atası buna bənzər vəziyyətdə qətiyyən belə hərəkət eləməzdi. Hər şeyin bir hüquqi əsası olmalıdır. Saxta sənəd düzəldənlər, sərhəddən qanunsuz keçirənlər həbs olunub. Məsləhət verməyə görə adam həbs edərlər?".

Daha sonra millət vəkili Əlövsət Əliyevin işi ilə bağlı Daxili işlər naziri Ramil Usubovla görüşünə və qardaşının Şəkinskinin ailəsi ilə bağlı axtarışa verilməsinə də münasibət bildirib:

"Daxili işlər naziri mənim şəxsi təsəvvürümə görə, bu məsələlərdə obyektivliyi qorumağa çalışan və lazımsız münaqişə yaratmaqdan uzaq duran bir adamdır. Amma proseslər onun istəyincə olur ya, yox, bunu deyə bilmərəm. Əlövsətin kimliyini, xidmətlərini çox yaxşı bilir.  Nazir müavini Vilayət Eyvazov Əlövsətin fəaliyyətinə həmişə qayğıyla yanaşıb. Əlövsət yalnız hüquq daxilində ona müraciət edən adamlara məsləhət verib. Əlövsət deyir ki, ona müraciət ediləndən sonra iki dəfə zəng edib ki, bu məsələni Şəkinskinin özünə desin. Təəssüf ki, onu Şəkinski ilə əlaqələndirməyiblər. Qadın Əlövsətə deyib ki, Şəkinksi məni psixi xəstəxanaya salıb uşaqlarımı əlimdən almaq istəyir. Qadının xaricə getməsinin səbəbi, ailəsindən didərgin düşməsi, köhnə ərinin niyə onu xəstəxanaya salmaq istəməsi araşdırılmır. Şəkinskinin uşaqları ilə bağlı narahatçılığını başa düşürəm. Həmin qadın Gürcüstandadır, getsin uşaqlarını götürüb gətirsin. Daha burda Əlövsətin nə günahı var? Əlövsət bu məsələyə görə ölkədən didərgin düşdü. O gedəndən sonra bacılarım, qardaşlarım, ona zəng edənlər, kənd-kəsəkdə  olan qohumlar – hamısını polisə çağırıb sorğu-suala tuturlar. Əlövsətin böyüyü mənəm, mənə heç nə demirlər".

Qeyd edək ki, Sabir Rüstəmxanlının qardaşı Dilavər Əliyev polis mayorudur. Hazırda Bakı şəhər Yol Polisi İdarəsində işləyir, bundan əvvəl isə Yardımlı və Ağcabədi rayonlarında yol polisi şöbəsinin rəisi vəzifəsində çalışıb. 

Oxucuların nəzərinə çatdırırıq ki, VHP sədri,  millət vəkili Sabir Rüstəmxanlı ilə geniş müsahibə bir neçə saatdan sonra yayımlanacaq.

 

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti