|
Son günlər cəbhədə itki verən erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini və cəbhəyanı kəndləri atəşə tutur. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qarşı tərəf əsasən iriçaplı silahlardan və minaatanlardan istifadə edir.
Tərtərin təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində atəş səsləri axşam saat 22:00 radələrindən eşidilməyə başlayır. Əsasən rayonun işğal altındakı Seyidsulan kəndi ərazisindəki mövqelərindən ordumuzun üzbəüz mövqeləri atəşə tutulur.
Atılan güllələrədən bəziləri kənddə çəkilən istinad divarına dəyərək zərərsizləşib. Evlərin qarşısına çəkilən istinad divarları güllələrdən nisbətən də olsa əhalini qoruyur. Buna baxmayaraq kənddə əksər evlərin pəncərələr də mişar daşlarıya hörülüb.
Seysulan və Qapanlı kəndləri müntəzəm olaraq atəşə məruz qalır -
Kənd sakini Alim Hüseynovun sözlərinə görə, atəşkəs rejimi hər gün pozulur. "Ermənilərin itkisi çox olduğuna görə kəndə atırlar. Bu istinad divarı çəkilməsəydi bizim burda yaşamağımız çox daha çətin olardı".
Kəndin daim atəş altında olmasına baxmayaraq kənd sakinləri bir an olsun belə doğma yurdlarını tərk etmək fikrinə düşmür. Əhali deyir ki, əvvəllər qarşı tərəf ancaq avtomat silahlardan istifadə edirdilərsə, indi plumyot və minaatanardan da istifadə edirlər. "Bəd ayaqda biz ordumuza kömək etməyə hazırıq. Kənddən qaçası deyilik. Erməni nə zibildir ki, biz onun qabağından qaçaq".