|
Şəkidə 22 yaşlı gənci ilan sancıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 11-i axşam saat 22:30 radələrində, Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsi 133/1 ünvanında yaşayan, 1993-cü il təvəllüdlü Tərlan Nəriman oğlu Sadıqov ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 22 yaşlı Tərlan Sadıqov yaşadığı ünvanın həyətyanı sahəsində gəzərkən qəfildən ilan onun sağ ayağının baldır nahiyəsindən sancıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Tərlan Sadıqova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Məlumatda o da bildirilir ki, Tərlan Sadıqov Gəncə hərbi hospitalında həkim vəzifəsində çalışır.