|
Türkiyənin Bodrum limanından Yunanıstana qeyri-qanuni immiqrantlar daşıyan qayıq Kara adasının sahillərində batıb.
Publika.az Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilk məlumatlara görə, 2 nəfər ölüb, 65 nəfər isə xilas edilib. Ölənlərin qadın ilə uşaq olduğu bildirilir. Qayıqdakı adamların Suriya vətəndaşları olduğu deyilir.
Qayığın batmasını görən balıqçıların xəbər verməsi ilə əraziyə Sahil Təhlükəsizlik Gücləri ilə Bodrum Dəniz Xilasetmə Dərnəyinin əməkdaşları cəlb edilib. Sahil Təhlükəsizlik Güclərinə aid bir vertolyot da havadan xilasetmə işlərinə dəstək verib.
Xilasetmə qrupları itkin düşdüyü təxmin edilən 4 nəfərin axtarışlarını davam etdirir.