|
Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı etdiyi şikayətə baxılacaq.
Bu barədə “Qafqazinfoya” vəkil Nemət Kərimli məlumat verib. O bildirib ki, hazırlıq iclası saat 12:00-da başlayacaq və bir neçə dəqiqə davam edəcək.
Xatırladaq ki, BŞİH Müsavat Partiyasının aprelin 19-na planlaşdırdığı yürüşün keçirilməsinə razılıq verməyib. İcra hakimiyyəti partiyaya aprelin 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməyi təklif edib. Müsavat rəhbərliyi isə bununla razılaşmayıb və “sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun pozulduğunu əsas göstərərək məhkəməyə şikayət edib.