|
Türkiyə prezidenti: "Millətimizin iradəsi hər şeydən üstündür"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı ilk açıqlamasını verib.
ANS PRESS-in məlumatına görə, o açıqlamasını yazılı şəkildə bildirib.
Dövlət başçısı deyib: "Millətimizin iradəsi hər şeydən üstündür. Seçkidən sonra başlayan yeni müddətdə ölkəmizdəki təhlükəsizlik və sabitlik mühitinin, demokratik dəyərlərin qorunması üçün bütün siyasi partiyaların lazım olan həssaslıq göstərməsi, məsuliyyətli davranış nümayiş etdirməsi böyük əhəmiyyət kəsb edir."
Xatırladaq ki, Böyük Millət Məclisinə iyunun 7-də keçirilən seçkilərdə iqtidarda olan Ədalət və İnkişaf Partiyası seçicilərin 40.8% səsini qazanaraq təkbaşına hökumət qurmaq hüququnu itirib.