|
PKK-nın siyasi qanadı, Xalqları Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş iyunun 7-də keçiriləcək seçkilərində qalib gələcəyi təqdirdə koalisiya hökumətini qurmaq üçün atacağı addımlardan söz açıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, HDP lideri hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə heç bir zaman koalisiyaya getməyəcəyini bəyan edib.
Səlahəddin Dəmirtaş ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) ilə koalisiya hökuməti formalaşdıra biləcəyini istisna etməyib:
“Koalisiya variantları seçkidən sonra müzakirə edilə bilər. Bircə onu deyirəm ki, AKP ilə heç zaman koalisiya hökuməti qurmyacağıq”