|
ABŞ-ın vitse-prezidenti Co Baydenin oğlu dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, Bo Bayden beyin xərçəngindən əziyyət çəkirdi. O, həmçinin 2010-cu ildə insult keçirmişdi.
Bayden müalicə olunmaq üçün may ayının əvvəlindən xəstəxanaya yerləşdirilmişdi.
C.Bayden oğlunun vəfatı ilə bağlı yazılı açıqlama verib: "Sözlə ifadə edilməyəcək kədər içindəyəm. Bonun ruhu bizimlə birlikdə yaşamağa davam edəcək”.
B.Baydenin 46 yaşı var idi. O, Delaver ştatının baş prokuroru vəzifəsində çalışıb. Son vaxtlar isə o investisiya şirkətində işləyirdi.
Kiçik Bayden həmçinin Kosovoda çalışıb, o, həmçinin İraq müharibəsinin veteranıdır.
ABŞ prezidenti Barak Obama və onun yoldaşı Mişel artıq Co Baydenin ailəsinə başsağlığı veriblər.