QAT müharibə və “rədd olsun erməni!” anonsu verdi

Bir səhra komandiri, bir polkovnik, üç Qarabağ döyüşçüsü QAT rəhbərliyinə seçildi

Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin toplantısı keçirilib. Teleqraf.az-ın məlumatına görə, iclasa QAT Ağsaqqallar Şurasının üzvü Nadir Ağayev sədrlik edib. Əvvəlcə dövlət himni oxunub, şəhidlərin xatirəsi yad edilib.

Sonra təşkilati məsələlərə baxılıb. Qarabağ döyüşçüləri Murad Məhərrəmli, İlham Əbilov, Fəxrəddin Alıyev, ehtiyatda olan polkovnik Yusuf Cəfərov, jurnalist Sevinc Axundova Ali Məclisə, bir müddət mühacirətdə olaraq Vətənə qayıtmış Barat İmani, səhra komandiri Qələndar İsmayılov İdarə heyətinə üzv seçiliblər.

Daha sonra QAT sədri Akif Nağı geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında Qələndar İsmayılov, Nəsib Cəfərov, Cəfər Həşimov, Mahirə Muradova, Tahir Məmmədli, Elxan Rəhimli və digərləri çıxış ediblər. Müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul olunub. İki məsələ ilə bağlı ayrıca sənəd qəbul edilib.

Erməni idmançılarının Bakıya gözlənilən səfəri ilə bağlı qəbul olunmuş bəyanatda vurğulanır: İstənilən erməni nümayəndəsinin, o cümlədən erməni idmançısının Bakıda tədbirə qatılması adi məsələ deyil. Bu, erməni siyasətinin tərkib hissəsidir. Bu siyasətlə Ermənistan rəhbərliyi və onların havadarları işğal faktını unutdurmağa çalışırlar. Bakıya gələn erməni idmançısı idmançı deyil, terrorçudur, işğalçıdır,  işğalçı Ermənistan rejiminin nümayəndəsi, erməni təbliğatının daşıyıcısıdır. Ona görə də onların gəlişinə heç bir halda yol vermək olmaz. Hər kəs bu səfərin qarşısını almaq üçün əlindən gələni etməlidir. İclasda erməni idmançılarının Bakıya girişinə imkan verməmək üçün fəaliyyət planı qəbul edilib.

Ali Məclisin qəbul etdiyi digər sənəddə isə göstərilir ki, indi Qarabağda müharibəni başlamaq üçün əlverişli şərait yaranıb: Rusiya çətin durumdadır, başı Ukrayna məsələsinə qarışıb, Qərbin sanksiyaları ilə bağlı ciddi problemlər yaşayır; Ermənistan Rusiya ilə daha çox yaxınlaşıb, Avrasiya İttifaqına üstünlük verib, ona görə də Qərbin ciddi dəstəyinə ümid edə bilməz; Türkiyə kifayət qədər güclü və iddialıdır, Azərbaycana ciddi dəstək vermək niyyətindədir; İranın sanksiyaların ləğvindən sonra Ermənistanla əlaqələrə ehtiyac yoxdur; Azərbaycan hərbi və iqtisadi cəhətdən güclüdür.

Bütün bu amillər müharibəni başlamağı mümkün və vacib edir.



 

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti