Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə ənənəvi, XIV “Qarabağ dünən, bu gün və sabah” elmi-praktiki konfransı keçirilib.

Teleqraf.az-ın məlumatına görə, QAT sədri Akif Nağı konfransı giriş sözü ilə açaraq bildirib: “Konfrans 14-cü dəfədir ki, hər il “Respublika Günü” münasibəti ilə keçirilir. Konfransın əsas məqsədi Qarabağın tarixi, mədəniyyəti, Qarabağ münaqişəsi, münaqişənin həlli yolları, erməni işğalı, terrorçuluğu, saxtakarlığının ifşasına dair elmi araşdırmaların aparılması, həqiqətlərin Azərbaycan cəmiyyəti və dünya birliyinə çatdırılmasından ibarətdir. Biz erməni işğalının nəticələrinin aradan qaldırılması, torpaqlarımızın işğaldan azad olunması üçün bütün sahələrdə, o cümlədən, elm, informasiya, təbliğat cəbhələrində yorulmadan mücadilə aparmalıyıq.”
QAT Ağsaqqallar Şurasının üzvləri Nadir Ağayev, Şahmar İbrahimov çıxış edərək konfransın işinə uğurlar arzulayıblar. Daha sonra fəlsəfə elmləri doktoru, professor Əli Abasovun moderatorluğu ilə öz işinə başlayan Konfransda tarix elmləri doktoru Qasım Hacıyevin “Tarix – tarixdir, tarixi saxtakarlıq isə bütün dəyərlərə hörmətsizlik (Erməni saxtakarlıqları)”, tarix elmələri doktoru Kərim Şükürovun “Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili”, tarix elmləri doktoru İsmayıl Musanın “İkinci Moskva konfransında (26.II. – 16. III.1921) Azərbaycanın ərazi bütövlüyü məsələsi ətrafında diplomatik çəkişmələr”, siyasi elmlər doktoru Elman Nəsirovun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və informasiya təhlükəsizliyi problemi”, politoloq Mübariz Əhmədoğlunun ““Erməni soyqırımı”-nın müasir mərhələdə əsas təyinatı və erməni işğalları”,tarix elmələri doktoru Cəmil Həsənlinin “1915-ci il: “ermənilərin soyqırımı” mifi, yoxsa sənədlərdə gizlədilmiş türk həqiqətləri”, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın ““Erməni məsələsi”ndən Rusiya necə faydalandı”, iqtisad elmləri üzrə fəlsəfə doktoru Şamil Mehdinin “Tarixi şansdan istifadə edə biləcəyikmi?”, tarix üzrə fəlsəfə doktoru Akif Nağının “Qarabağ münaqişəsi regional və beynəlxalq təşkilatların sənədlərində”, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin “Армянские добровольческие дружины в годы Первой мировой войны (1914-1916 гг.)”, fəlsəfə elmləri doktoru Əli Abasovun “Война России в Украине и риски ее разрастания на Южный Кавказ”,tarix üzrə fəlsəfə doktoru Havva Məmmədovanın “Andranikin Zəngəzurda və Yuxarı Qarabağda törətdiyi qanlı qırğınlar haqqında” , siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü: beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyi” və digərlərinin məruzləri dinlənilib, müzakirələr aparılıb. 
Konfransın gedişində təqdim olunan məqalələrin daxil edildiyi “Qarabağ dünən, bu gün və sabah” kitabının 14-cü buraxılışı, həmçinin Qarabağ Azadlıq Təşkilatının nəşr etdirdiyi “Qarabağ gündəliyi” toplusunun 12-ci cildi təqdim olunub, tədbir iştirakçılarına paylanıb.

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti