|
İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanını 5 yerə parçalamaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəsmisi general Basam Atiyə jurnalistlərə açıqlamasında deyib. “Bu terror təşkilatının hədəfi bəllidir – krallıqda dinlərarası münaqişəni alovlandırmaq və ölkəni 5 hissəyə ayırmaq”, - Atiyə bildirib. General bildirib ki, İŞİD-in Səudiyyə Ərəbistanındakı əsas hədəfi təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Onun sözlərinə görə, İŞİD Səudiyyə Ərəbistanında 4 ay əvvəl öz özəyini yaradıb və sosial şəbəkələr vasitəsilə gəncləri və uşaqları ələ keçirərək, onlardan öz ailələrini, yaxınlarını öldürmələrini tələb edir.