|
Bu gün Böyük Britaniyanın Bakıdakı səfirliyində həmin ölkənin Xarici İşlər Nazirliyi Cənubi Qafqaz Şöbəsinin rəisi Emma Beynslə Azərbaycanın bəzi müxalifət rəhbərlərinin görüşü keçirilib.
Müsavat Partiyasından APA-ya verilən məlumata görə, Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli və REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin iştirak etdiyi görüşdə Azərbaycandakı ictimai-siyasi durum, məhbuslarla bağlı vəziyyət, Bakı Avropa Oyunları, payızda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Britaniya səfirinin müavini Stefen MakKormik də iştirak edib.