|
Prezident İlham Əliyevin son Lənkəran səfərində şok olay yaşanıb.
Lənkəran şəhərində uşaq baxçasına baş çəkən prezident gözlənilməz “qonaq”la qarşılaşıb.
Belə ki, heç kəsin gözləmədiyi halda Əlihüseyn Fərəcov adlı 9 yaşlı uşaq prezident mühafizəsini və baxçanın hündür hasarını keçərək Prezident İlham Əliyevə yaxınlaşıb. Mühafizəçilər son anda ayılsalar da, Prezident özü uşağa yaxınlaşıb. Ev şəraitlərinin dözülməz olduğunu bildirən Əlihüseyn Fərəcov İlham Əliyevdən kömək istəyib.
Elə ordaca prezident İlham Əliyev Lənkəran icra başçısına Fərəcovlar ailəsinə kömək edilməsi barədə göstəriş verib. (AzToday.az)