|
Rusiya Prezidenti Vladimir Putin Cəzaların İcrası üzrə Federal Xidmətin (FSİN) rəis müavini, general-mayor Vladislav Tsaturovun vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.az axar.az saytına istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib. Qeyd edək ki, General Tsaturov Azərbaycan əsillidir. O, 1960-cı ildə Şamaxı rayonunda anadan olub. Bir müddət öncə Rusiya mətbuatında yer alan xəbərlərə görə, Tsaturov əlaqələrindən istifadə edərək Krımın ilhaqından sonra ukraynalı biznesmenlərin orada qalan əmlakını dəyər-dəyməzə ələ keçirib.