|
Ötən gün Moskva şəhərinin cənub-şərqində tikinti gedən ərazidə Azərbaycan vətəndaşı qətlə yetirilib.
APA-nın “mskagency.ru” saytına istinadən xəbərinə görə, binadakı mənzildə boyama işləri ilə məşğul olan işçilər atəş səsi eşidiblər və polis çağırıblar.
Hadisə yerinə gələn polis əməkdaşları başından, kürəyindən və qasıq nahiyəsindən güllə yarası almış 44 yaşlı azərbaycanlının meyitini aşkar ediblər.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə idarəsinin mətbuat xidməti faktı təsdiqləyib.