|
Türkiyədə iki hərbi təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.
Təlimdə iştirak edən təyyarələr Malatya vilayəti ərazisində qəzaya düşüb.
"Təəssüf ki, bu gün axşamçağı Malatyadan havaya qalxan iki döyüş təyyarəmizlə əlaqə kəsilib və xəbər alına bilinməyib. Jandarma komandiri hadisə yerinə çatıb. Hazırda bizdə olan məlumata görə, 4 hərbçimiz şəhid olub. Araşdırmalar aparılır. Qısa müddətdə ətraflı məlumat veriləcək" - deyə daxili işlər naziri Əfqan Ala bildirib.
Qəzanın səbəbləri araşdırılır.