Vahid Əhmədov: “Bu, Mərkəzi Bankın birbaşa səhvidir, Mərkəzi Bank buna cavabdehdir”

 Ziyad Səmədzadə: “Bu şəkildə ilin sonuna qədər davam edərsə, Azərbaycan dövlətinin büdcəsinin itkisi 6-7 milyard dollar olacaq”

  Milli Məclis müzakirələri davam etdirir. Deputat Fazil Mustafa Xocalı ilə bağlı görülən işlərin effektinin olduğunu dedi. Deputat bildirdi ki, Xocalı ilə bağlı beynəlxaql aləmdə qərarların qəbuluna çalışmaq lazımdır. F.Mustafa da manatın devalvasiyasından danışdı: “Əhalinin aztəminatlı hissəi üçün hökumət tərəfindən addımlar atılmalıdır. Təqaüdçülər, həkimlər, müəllimlər, hərbçilərlə bağlı qərarlar verilməlidir ki, daha ciddi problemlər yaranmasın”.

Vahid Əhmədov dedi ki, milli valyutadan bəhs edərkən bəzi deputatları bilmədiyi mövzulardan danışmaqda qınadı və sərt çıxış etdi. Öncə dedi ki, manatın devalvasiyası lazım və labüd idi: “Amma milli valyutanın devalvasiyası yumşaq şəkildə həyata keçirilməli idi. Mən dəfələrlə Mərkəzi Bankla əlaqə saxlamışam, son iki gün əvvələ qədər deyiblər ki, manatın kursu ciddi şəkildə dəyişməyəcək. Çox təəssüf ki, Mərkəzi Bank öz sözünün üstündə dayanmadı. Bu, ciddi prosesdir, insanlar öz təsirini göstərəcək. Bölgələrdə artıq unun, şəkər tozunun qiymətində süni qiymət artımları müşahidə olunur. Hökumət bunun qarşısını almalıdır. Həmçinin əhalinin banklardan götürdüyü kreditlərlə bağlı höumət addmlar atmalıdır. Sahibkarlar dollarla böyük məbləğdə kreditlər götürüb, onların qaytarılmasında problemlər yarana bilər. Həmçinin vergilər, iqtisadi inkişaf nazirlikləri süni qiymət artımlarına qarşı mübarizə aparmalıdır”. V.Əhmədov qeyd etdi ki, devalvasiyaya 2014-cü ildən başlanılsaydı, biz bu günə düşməzdik: “Bu, Mərkəzi Bankın birbaşa səhvidir, Mərkəzi Bank buna cavabdehdir”.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə söz alıb dedi ki, neftin qiymətin aşağı düşməsi gərgin situasiya yaradıb. Büdcədə neftin qiyməti 90 dollar götürülüb, ancaq bu gün neftin qiyməti 60 dollardır. Bu şəkildə ilin sonuna qədər davam edərsə, Azərbaycan dövlətinin büdcəsinin itkisi 6-7 milyard dollar olacaq. Manatın sabit qalması üçün dövlət hər ay 2,4 milyard itirirdi. Bu da Ermənistanın büdcəsi qədərdir”. Z.Səmədzadə də hökuməti ciddi tədbirlərə çağırdı: “Mən əminəm ki, Azərbaycan hökuməti və xalqı bu çətinlikdən də çıxacaq”. 

O.Əsədov məsələnin neftlə əlaqələndirilməsini düzgün saymadı. Nefti olmayan İsveçrə və Danimarkanın da milli valyuta ilə bağlı çətinliklə üzləşdiyini dedi. “Mən İqtisadi İnkişaf Nazirliyi ilə də danışdım. Əminəm ki, ərzaqların qiymətinin artmasına imkan verilməyəcək”.

 

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti