|
Xəzər dənizində zəlzələ olub. Teleqraf.az-in Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ fevralın 5-də saat 08:36-da qeydə alınıb.
Təkan 57 km dərinlikdə baş verib.
Zəlzələnin episentrdə maqnitudası 3.9 olub.
Təkan hiss olunmayıb.
Qeyd edək ki, Azərbaycanda sonuncu yeraltı təkan yanvarın 29-da Astaradan 16 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınmışdı.
Həmin titrəyiş də hiss olunmayib.