|
Binəqədi rayonunda bıçaqlanma hadisələri baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisələrdən biri Biləcəri qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Qılman İlqar oğlu Kazımova naməlum şəxs və ya şəxslər bir neçə bıçaq xəsarəti yetirib.
Analoji fakt rayonun Binəqədi qəsəbəsində yerləşən “Kamran” kafesinin yaxınlığında qeydə alınıb. Qəsəbə sakini 1994-cü il təvəllüdlü Aqil Ramazan oğlu Səfərova naməlum şəxs və ya şəxslər tərəfindən bıçaq xəsarəti yetirilib.
Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda polis hadisələri törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.