|
Fransa polisi “Charlie Hebdo” jurnalının redaksiyasına hücum edib qətliam törətmiş şəxslərin axtarışını davam etdirir.
Avropa.info xəbər verir ki, yerli KİV-lər Paris ətrafında atışma getdiyini bildirir. Atəş səsləri Şatinyon rayonunda eşidilib. Burada polisə avtomatlardan atəş açılıb.
Daha əvvəl məlum olmuşdu ki, hadisə ilə əlaqədə şübhəli bilinən 7 nəfər saxlanılıb. Hücum aktının iştirakçılarının özlərini isə həbs etmək mümkün olmayıb.
Redaksiyanı atəşə tutan 32 yaşlı Səid Kuaşi və böyük qardaşı Şərif Kuaşi olub. Avtomobili idarə edən Həmid Murad isə şəxsən polisə təslim olub. Hər üçün fransız Paris doğumlu Fransa vətəndaşıdır.