|
Bu gün – dekabrın 29-da Prezident İlham Əliyev əfv fərmanı imzalaya bilər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı adətən əfv fərmanı verilir. Bu dəfə də komissiya və işçi qrup artıq siyahı hazırladığı haqda mediaya açıqlama veriblər. Ancaq əfv siyahısına konkret olaraq kimlərin təklif edildiyi barədə heç bir məlumat yoxdur.
Buna baxmayaraq, Prezident İlham Əliyevin həbsdə olan və barələrində məhkəmə hökmü qüvvəyə minən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və “Moderator.az” saytının baş redaktoru Pərviz Həşimli, o cümlədən, NİDA üzvlərindən bəzilərini əfv edəcəyi ehtimal edilir.
Axar.az