|
Bu gün 162 sərnişinlə birlikdə yoxa çıxan Malayziya təyyarəsindən xəbər var.
ANS PRESS-in məlumatına görə, radarlardan itmiş Air Asia şirkətinin təyyarəsi hava burulğanlığına düşüb və kursu dəyişdirməyə cəhd edərkən Belitunq adasının yaxınlığında suya düşüb.
Bunu İndoneziyanın Milli axtarış-xilasetmə xidmətinin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Supriandi Minqqu bildirib. Onun sözlərinə görə, axtarış-xilasetmə komandası artıq Belitunq adasına yollanılıb.
Göyərtəsində 162 nəfərə yaxın sərnişin olan təyyarə bazar günü havaya qalxıb və bir müddətdən sonra təyyarə ilə əlaqə kəsilib. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib. İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrutu tələb ediblər.
Xatırladaq ki, bu il mart ayının 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub. Fəqət uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.