|
İraqda bombardmançının törətdiyi partlayış nəticəsində 43 hökümətyönlü milis döyüşçüsü ölüb, 60 nəfəri isə yaralanıb.
Məlumata görə partlayış Bağdadın cənubuna yaxın, Mədain şəhərindəki keçid məntəqəsində, "Saxvat" döyüşçü heyətinin pul ehtiyatı alacağı yerdə baş verib.
Hələ ki, hücuma görə heç kim məsuliyyəti üzərinə almayıb.