|
Paytaxtda özlərini polis əməkdaşı kimi təqdim edən üç nəfər həbs edilib.
Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, Yasamal rayonu Əhmədbəyov küçəsi-37 ünvanının qarşısında özlərini polis əməkdaşı kimi təqdim edən və şəxsiyyəti məlum olmayan üç nəfər Bakı şəhər sakini, Balacaxanım Qafarovaya hədə-qorxu gələrək ondan 80 manat pul alıblar.
Hadisəni törədənlərin mülki şəxslər - Bakı şəhər sakinləri Ehsan Şükürov, Əlihüseyn İmanov və Abdulla Fətullayev olduğu məlum olub və onlar saxlanılıblar.