|
"Türkiyə öz daxilində birgə yaşayış mədəniyyətini güclü şəkildə dəstəkləməklə yanaşı, bölgəsində və dünyada da bunun mübarizəsini səmimi şəkildə aparır".
Teleqraf.az axar.az saytına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan Papa Fransisk ilə birgə mətbuat konfransı zamanı deyib.
Ərdoğan üzünü Papa Fransiskə tutaraq, Türkiyənin xəbərdarlıqlarını nəzərə almağa çağırıb:
"Birlikdə yaşayış mədəniyyətinin qlobal miqyasda dəstəklənməsi naminə Türkiyənin tövsiyələrini nəzərə almaq lazımdır. Qərbdə artan təhdidlər məsələsində də Türkiyənin xəbərdarlıq və tövsiyələrinə diqqət etməyin lazım olduğunu düşünürəm".
Papa Fransisk da çıxışında Türkiyəni tərifləyərək bunları deyib:
"Hər şeyə qadir uca Tanrı Türkiyəni əziz tutsun və qorusun və onu sülhün inşasında fəaliyyətini dəyərləndirsin".