|
Əfqanıstanda voleybol turnirinin final oyunu zamanı kamikadzenin törətdiyi terror aktı zamanı ən azı 55 adam həyatını itirib və 66 tamaşaçı yaralanıb.
Teleqraf.az "Tolo News" telekanalına istinadən xəbər verir ki, “canlı” bomba terror aksiyasını ölkənin şərqində,Pakistanla sərhəd oln Paktika əyalətində həyata keçirib. "Tolo News" telekanalın məlumatına görə, terrorçu-kamikadze yarışın keçirildiyi salona tamaşaçı qrupu ilə daxil olub.Bir neçə yüz tamaşaçının olduğu salonda partlayış insanların daha sıx əyləşdiyi yerdə baş verib. Yaralıların vəziyyətinin ağır olduğu və ölü sayısının arta biləcəyi qeyd olunur.
Yerli hakimiyyət orqanları hadisəni təsdiq ediblər.Hələki heç bir qruplaşma terror aksiyasını öz üzərinə götürməyib.
Teleqraf.az