|
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edib.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin hakim partiyasından olan mənbə məlumat verib. Sarkisyanın səfəri ilə bağlı rəsmi məlumat yayılmasa da, onun Ermənistana məxsus vertolyotun Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması faktı ilə bağlı Qarabağa səfər etdiyi istisna edilmir.