|
Donetskdə hərbi əməliyyat zonasında separatçı Donetsk Xalq Respublikasının (DXR) sıralarında döyüşən qadın snayperin meyiti tapılıb.
Axar.az xəbər verir ki, bu barədə “Inform Napalm”ın koordinatoru Roman Burko məlumat verib.
Onun sözlərinə görə, qadın snayper dünən blok-postların birindən yoxa çıxıb, daha sonra onun yaxınlıqdakı ərazidən meyiti tapılıb.
“Yerli sakinlər bildirirlər ki, dünən saat 17 radələrində separatçıların Orconikidze və Melitpol küçələrinin kəsişməsindəki blok-postunda DXR-in snayperi yoxa çıxıb. Daha sonra onun üzərində zorakılıq əlamətləri olan meyitini tapıblar. Yerli separatçıların dediyinə görə, rus hərbçiləri qadına təcavüz edərək, onu blok-postun yaxınlığındakı otluq əraziyə atıblar”, - Burko deyib.
Məlumat dəqiqləşdirilir.