|
Oktyabrın 30-da Xətai Rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əlgüşad Gülalıyevə hökm oxunub. Əlgüşad Gülalıyev xuliqanlıqda təqsirli bilinib.
“Media forum” saytının məlumatına görə, məhkəmə Əlgüşad Gülalıyevə 6 ay şərti cəza verib, hər ay onun əməkhaqqından 15 faiz cərimə kimi tutulması qərarı çıxarıb.
Proses hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilib.
17 yaşlı universitet tələbəsi olan Əlgüşad Gülalıyev hökm qanuni qüvvəyə minənədək ölkədən gedə bilməz.