|
80-ci illərdə Almaniya Federativ Respublikasında SSRİ adına casusluq edən Vladimir Putin burada agent qadınla sevgi macərası yaşayıb.
Axar.az xəbər verir ki, Almaniyanın Die Zeit qəzeti Rusiya Prezidenti Vladimir Putinlə bağlı maraqlı məqalə dərc edib. Qəzetin xəbərinə görə, 80-ci illərdə Almaniya Federativ Respublikasının kəşfiyyat xidməti ölkə hüdudlarında SSRİ adına casusluq edən 33 yaşlı KQB mayorunun olduğunu müəyyənləşdirib. Mayor Putin o zaman əldə etdiyi məlumatları KQB-nin Şərqi Almaniyanın Drezden şəhərində yerləən qanadına ötürürmüş.
Putin bu dövrdə Şərqi Almaniyanın kəşfiyyat xidmətinə çalışan Helen adlı agent qızla tanış olur. Cütlük eşq macərası yaşayır. Helen Qərbi Almaniyada tərcüməçilik edərək, kəşfiyyat məlumatları əldə etməyə yardım edir.
Qadın agentin həm Putinlə, həm də onun həyat yoldaşı Lyudmila ilə yaxın əlaqələri olur.
Lakin Şərqi Almaniya kəşfiyyat xidməti Putinin Helen ilə yaxın əlaqələrinin olduğunu müəyyənləşdirir. Əldə edilən məlumatlar rəhbərliyə bildirilir. Rəhbərlik Heleni vəzifəsindən uzaqlaşdırır və ona başqa adla, başqa bir yerdə tapşırıq verir.
Qəzet faktla bağlı Rusiya orqanlarına müraciət etsə də, Putinin Helen ilə sevgi macərası inkar edilib.