|
Bu gün Biləsuvar rayonu Bağbanlar kəndində dəhşətli qətl hadisəsi baş verib.
Bu barədə “Qafqazinfo”ya məlumat Biləsuvardan daxil olub. Məlumata görə, Tofiq adlı bir kişi ailə münaqişəsi zəminində öz qızının başını kəsərək qətlə yetirib. Hazırda Rayon polis şöbəsinin əməkdaşları hadisə yerində əməliyyata başlayıb.