|
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış hadisəsi baş vermişdir.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmişdir. İlkin məlumata əsasən dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılmış, dörd nəfər xəsarət alan insan isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Əməkdaşımızın verdiyi ən son xəbərə görə, hadisə yerində yanğın baş verib və FHN əməkdaşları yanğının qarşısını almağa çalışır. Hadisə yerindən ilk VİDEO görüntüləri təqdim edirik: