|
Çeçenistan Respublikasının paytaxtı Qroznıda Rusiya prezidenti Vladimir Putinin ad gününə həsr olunmuş yürüş keçirilir.
Virtualaz.org RİA-Novosti-yə istinadən bildirir ki, hazırda davam edən yürüşə 100 min nəfərə qədər insan qatılıb. Onlar əllərində Rusiya və Çeçenistanın uzunluğu təxminən 600 metr olan bayrağını tutaraq “Rusiya!”, “Çeçenistan!” şüarları səsləndirirlər.
Yürüşdən sonra bayram konsertinin və xalq gəzintisinin olacağı bildirilir.