Amerikada üz dəyişdirmə əməliyyatları həyata keçirən, milliyətcə azərbaycanlı plastik-rekonstruktiv cərrah Mircəfər Seyid Bakıya gəlib. 

Modern.az saytına daxil olan məlumata görə, o, Azərbaycana xüsusilə ağır əməliyyatlar aparmaq üçün dəvət olunub. 
Qeyd edək ki, Mircəfər Seyid bir müddət əvvəl Türkiyədən Amerikanın Cliveland xəstəxanasına üz dəyişdirmə əməliyyatlarında aparılan elmi araşdırmalar üçün göndərilib və xüsusi əməliyyatların icrası üçün yetişdirilib. 
Türkiyədən onu Bakıya gətirənlərin isə bir neçə yüksək vəzifəli azərbaycanlı məmurların olduğu bildirilir. 
Mircəfər Seyidi Azərbaycana gətirənlər də Amerika və Türkiyədə ağır plastik əməliyyatlara şahid olublar. M.Seyid daha sonra isə həmin şəxslərin yaxın qohumları üzərində cərrahi əməliyyat aparıb. Onun Bakıda peyda olmasının tarixçəsi də bir neçə il əvvəl azərbaycanlılar üzərində etdiyi ağır əməliyyatlarla bağlıdır. Cərrahın gerçəkləşdirdiyi əməliyyatların bir neçəsi barədə informasiya əldə etməyə nail olmuşuq. 
Məlumata görə, 3 il oncə avtomobil qəzasinda burnu və üst dodağını itirən, həmçinin çənəsində deformasiya əmələ gələn Azərbaycanın vəzifəli şəxslərindən birinin yaxın qohumu Mircəfər Seyidin sayəsində plastik əməliyyatla qurtulub. Belə ki, cərrah 12 saat davam edən əməliyyatda xəstənin burun və üst dodağını qolundan alınan toxumaları mikrocərrahiyyı texnikası vasitəsilə bərpa edib. 
Cərrah dəri xərçəngi nəticəsində sifəti deformasiya olunmuş başqa bir məmur arvadını da xilas edib. O, həmin xəstənin üzünü bədəninin digər nahiyəsindən dəri köçürməsi ilə əvvəlki vəziyyətinə qaytarıb. 
Mircəfər Seyidin xilas etdiyi daha bir vəzifəli şəxsin yaxını üzərində aparılan unikal əməliyyat: süd vəzisi xərçənginə görə 5 il öncə döşünün birini, 3 il öncə isə ikincisini itirən xəstənin öz qarın nahiyəsindən götürülən toxumalarla bir əməliyyatda hər iki süd vəzisi bərpa edilib. Cərrahi dildə buna ikitərəfli tramflap deyilir.
Və nəhayət Mircəfər Seyidin Bakıya gəlməsini təşkil edən digər nüfuzlu “sifariş”: 3 ay əvvəl avtomobil qəzası nəticəsində ayağında ağır yumşaq toxuma defekti əmələ gələn xəstəyə bir neçə xəstəxanada aparılan müayinələr nəticəsində ayağının amputasiyasısı vacib bilinib. 
Mircəfər Seyidin xəstəyə kürək nahiyəsindən mikrocərrahi texnikayla ayağına köçürdüyü toxuma onu xilas edib. Xəstənin ayağı kəsilməkdən qurtarılıb. Bu əməliyyatın adı sərbəst latissimus dorsi flebidir.
Bəzi imkanlı azərbaycanlılar üçün mümkün olmayan heç nə yoxdur. Ən bahalı maşınlar, telefonlar istehsal olunan günün ertəsi onlar Bakı küçələrində də peyda olur. Xaricdə mümkün olmayan “sifarişlərin” bizdə reallığa çevrilməsi indi səhiyyə sahəsində də gerşəkləşir.
Dünyada adi vətəndaşların tanımadığı onlarla gizli plastik-rekonstruktiv cərrahlar var. Adətən belələri xüsusi əməliyyatlarda və elmi-təcrübi araşdırmalarda çalışdırılaraq, adi əhali ilə ünsiyyətləri məhdudlaşdırılır. 
Onlar əvvəl bir müddət xüsusi imtiyazlı və qapalı insanlar üzərində əməliyyatlar aparır. Minlərlə insan belə ağır əməliyyatların aparılmasından xəbərsiz qalır. Filmlərdə göstərilən və adi insanların qeyri-mümkün saydığı estetik-plastik əməliyyatlar artıq bir reallıqdır. Belə əməliyyatları aparan həkimlərin bəhrəsini adətən elə yüksək ranqlı bir ovuc insanlar görür. 
Bildirildiyinə görə, özəl sifarişlə Azərbaycana gətirilən Mircəlal Seyid hazırda Bakının adı açıqlanmayan bir klinikasında işləyir. O, kimin üzərində bahalı əməliyyatlar aparır, bax bu, sirrdir.

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti