|
Türkiyə prezidentinin qızı Sümeyya Ərdoğan hakim partiyada tutduğu vəzifəsindən istefa verib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 4 ildir AKP sədrinin müşaviri vəzifəsində maaş almadan çalışan S.Ərdoğanın bundan sonra Vətəndaş Cəmiyyəti Təşkilatlarına daha çox zaman ayıracağı deyilir.
Qeyd edək ki, Sümyya Ərdoğan atası Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdə bu vəzifəyə təyin edilmişdi. Təmannasız çalışdığı bildirilsə də 25 min avro maaş almasına dair mətbuatda iddialar səslənmişdi.