Bu gün Daxili İşlər Nazirliyində (DİN) "Daxili işlər orqanlarında qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi" və "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası" sahələrində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

 DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin fəaliyyətinin əsas prinsiplərindən olan qanunçuluq, insan hüquq və azadlıqlarına hörmətin cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində başlıca şərtlərdən, eləcə də yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasının, belə halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının profilaktik işin vacib elementlərindən biri olduğunu, nazirlik tərəfindən bu istiqamətlərdə davamlı şəkildə təşkilati-praktiki tədbirlər həyata keçirildiyini qeyd edib.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev çıxış edib. O, qeyd edib ki, son illər bu sahədə kifayət qədər səmərəli işlər görülüb, idarəçilik və təşkilatçılıq fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının yüksəldilməsi, məsuliyyətinin artırılması, xidməti və icra intizamının möhkəmləndirilməsi üçün kompleks tədbirləri əks etdirən əmr, göstəriş və planlar hazırlanaraq icraya yönəldilib.

Azərbaycan Respublikası prezidentinin 2006-cı və 2011-ci illərdə imzaladığı sərəncamlar əsasında görülən işlər qanunçuluğun, o cümlədən insan hüquqlarının qorunması sahəsində fəaliyyətin keyfiyyətcə yeni müstəviyə keçməsinə, polisin nüfuzunun yüksəlməsinə, hüquq mühafizə və digər dövlət orqanları, o cümlədən ombudsman təsisatı ilə işgüzar əlaqələrin genişlənməsinə, vətəndaş cəmiyyəti institutları ilə tərəfdaşlıq münasibətlərinin yaxşılaşmasına xidmət edib.

Belə ki, vətəndaş məmnunluğunun təmin edilməsi, cinayət və hadisələrə çevik reaksiya verilməsi, ictimaiyyətlə əlaqələrin səmərəli təşkili məqsədilə yaradılmış "102" xidməti, "Təhlükəsiz şəhər" sistemi, "Qaynar xətt"lər, elektron poçt ünvanı müvafiq sahədə qarşıda duran vəzifələrin uğurlu icrasını təmin etməkdədir.

BMT, ATƏT və Avropa Şurası, beynəlxalq əməkdaşlıq və beynəlxalq miqrasiya təşkilatları, Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də bu təşkilatların Azərbaycandakı müvafiq qurumlarının nümayəndələri ilə insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri ilə bağlı nazirlikdə çoxsaylı görüşlər keçirilib. Son 10 ildə daxili işlər orqanlarının 5 mindən çox əməkdaşı müvafiq məsələlərə həsr olunmuş seminarlarda, treninqlərdə iştirak edib. Bildirilib ki, həyata keçirilən bu və digər tədbirlər qanunçuluğun möhkəmlənməsinə, fəaliyyətin müvafiq istiqamətində müəyyən müsbət nəticələrin əldə olunmasına xidmət edib.

Gündəlikdəki ikinci məsələ barədə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib ki, son illər insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmləndirilməsi, gənc nəslin hüquq və mənafelərinin müdafiəsi sahəsində həyata keçirilən tədbirlər yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə xidmət sahəsini də əhatə edib.

Ölkədə aparılan hüquqi islahatlar çərçivəsində "Uşaq hüquqları haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar da qəbul olunub, Azərbaycan uşaqların hüquqlarının qorunmasına dair müxtəlif beynəlxalq konvensiyalara qoşulub, bu sahəyə dair digər normativ-hüquqi aktlar hazırlanaraq icraya yönəldilib. Yeniyetmələr arasında hüquqpozmaların və baxımsızlığın profilaktikası, uşaq hüquqlarının müdafiəsi, habelə dövlətin köməyinə və qayğısına ehtiyacı olanların problemlərinin həlli yönümündə aidiyyəti dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələr genişləndirilib, birgə fəaliyyətin səmərəsi daha da yaxşılaşdırılıb.

UNICEF-in Azərbaycan nümayəndəliyi, BMT-nin Beynəlxalq Əmək və Səhiyyə təşkilatları, ATƏT-in Bakı ofisi və digər beynəlxalq qurumlarla birgə 30-dan artıq beynəlxalq konfrans keçirilib, bir neçə mərhələdə 400-ə yaxın əməkdaşın cəlb olunduğu treninqlər təşkil olunub.

Yetkinlik yaşına çatmayanların hüquq pozuntularına şərait yaradan halların profilaktikası üzrə polisin aidiyyəti xidmətləri tərəfindən dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə 1210 reyd və yoxlama keçirilib, hüquqi maarifləndirmə mövzusunda 400-ə yaxın görüş, yığıncaq və "dəyirmi masa" təşkil olunub. Eyni zamanda, yerli icra hakimiyyətləri yanında komissiyaların, səhiyyə, sosial müdafiə qurumlarının, kütləvi informasiya vasitələrinin 100-dən çox təmsilçisinin cəlb olunduğu, eləcə də 20 minə yaxın yeniyetmənin və onların valideynlərinin qatıldığı tədbirlərdə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların sosial-mənəvi aspektləri və hüquqi məsuliyyəti müzakirə edilib.

Çıxış edənlər müzakirə olunan məsələlərlə bağlı görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışıb, çatışmazlıqların qısa müddətdə aradan qaldırılacağını bildiriblər.

İclasa yekun vuran nazir əldə olunmuş uğurlardan arxayınlaşmamağı, peşəkarlığı, hər bir əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulayıb, konkret tapşırıq və tövsiyələrini verib.

R.Usubov ilk növbədə qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsinə yönəlmiş DİN-in əmr, Kollegiya qərarları və göstərişlərinin icrasının ciddi nəzarətdə saxlanılmasını, əməkdaşların qanunazidd hərəkətləri haqqında daxil olan müraciətlərin vaxtında və obyektiv baxılmasına, cinayət işlərinin istintaqı və məhkəməyədək sadələşdirilmiş icraatın aparılması zamanı prosessual qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına, cinayət prosesi iştirakçılarının qanunla qorunan hüquq və mənafelərinin tam təmin edilməsinə nəzarət və tələbkarlığın artırılmasını, müvafiq qanunvericilik aktlarından, dövlət proqramlarından, nazirliyin kollegiya qərarlarından, əmr və göstərişlərindən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini, xidmətlərarası qarşılıqlı əlaqələrin səmərəli təşkilinin əhəmiyyətini qeyd edib.

O, eyni zamanda azyaşlılar tərəfindən törədilmiş cinayətlərin səbəb və şəraitinin müəyyən edilməsinin, vaxtında lazımi tədbirlərin görülməsinin, bu sahədə aparılan işlərin daxili normativ aktların tələblərinə uyğun qurulmasının, nəzarətsiz qalmış, hüquqpozmalara meyilli və təhsildən yayınan uşaqların zamanında aşkar edilib qeydiyyata alınmasının, zəruri qabaqlayıcı-profilaktik tədbirlərlə əhatə olunmasının, onların yenidən tərbiyəsi və hüquqlarının müdafiəsi yönümündə lazımi tədbirlər görülməsinin, habelə orta, orta-ixtisas və ali məktəblərdə narkotik vasitələrdən istifadənin zərərli nəticələri mövzusunda davamlı görüşlərin vacibliyini bildirib.

Daha sonra nazir bu il sentyabrın 24-də prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” imzalanmış sərəncamı xatırladaraq həmin sənəddən irəli gələn vəzifələrin ən yüksək səviyyədə icrasının, cəbhə bölgəsinin əhalisi arasında fəal izahat və maarifləndirmə işlərinin aparılmasının zəruliyini vurğulayıb.

R.Usubov diqqəti şəxsi heyət arasında mənəvi-psixoloji durumun, qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsinə və daha ciddi tədbirlərin görülməsinə cəlb edib. Xüsusi qeyd olunub ki, hər bir əməkdaş üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, anda, xidməti vəzifə borcuna daim sadiq olmaqla polisin şərəfli adını uca tutmalı, vətəndaşlarla münasibətdə nəzakətli davranış nümayiş etdirməli, polis-vətəndaş münasibətlərini möhtərəm dövlət başçısının tələb etdiyi yüksək səviyyədə təmin etməlidir.

 

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti