|
Almaniya Sosial-Demokrat Partiyasının nümayəndəsi, millət vəkili Steffen Claudio Lemme Azərbaycana səfər edərək Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Anspress-in məlumatına görə, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşdirilən səfər çərçivəsində Bakıda Fəxri Xiyabanı da ziyarət edib.
Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov qonağa Azərbaycanın milli mədəniyyəti, tarixi, milli musiqisi ilə bağlı məlumat verib. O, daha sonra ermənilərin Azərbaycana təcavüzü, xalqımıza qarşı törədilən qətliamlar, eləcə də Xocalı soyqırımı və digər Azərbaycan həqiqətləri barədə məlumatları alman millət vəkilinin diqqətinə çatdırıb.
Alman-Azərbaycan Gənclər Assosiyasiyasinin sədri Raksana Civişova bu kimi səfərlərin Azərbaycanın Almaniyada mövqeylərinin artmasına səbəb olduğunu deyib. O, qarşıda bu istiqamətdə bir sıra başqa layihələrin həyata keçiriləcəyini söyləyib.