|
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 ildir ki yaşadığı evindən köçüb.
Avropa.info-nun məlumatına görə, Ərdoğan, Abdullah Güldən sonra XİN-in mülkünə göçüb. Abdullah Gül Xarici İşlər Naziri olarkən bu iqamətgaha köçmüş, prezidentliyə gəldikdən sonra da burada yaşamağa davam etmişdi.
İndi Ərdoğan da Gülün ənənəsini pozmayaraq elə o evə köçüb.
Ərdoğanın iqamətgahındakı ilk qonağı isə baş nazir Əhməd Davudoğlu olub.
Ərdoğanın yeni köçdüyü mülk Çankaya köşkündən 100 metr aralıda, Çankaya köşkündə yeni tikilən və gələcəkdə prezidentin yaşaması üçün nəzərdə tutulan komplekslə isə qonşuluqdadır.