|
Azərbaycan Həştərxanda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.
Görüşdə Xəzəryanı ölkələrin sammitində iştirak üçün Həştərxanda olan dövlət başçıları ikitərəfli münasibətlərdən danışıblar. İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün ciddi niyyət olduğu vurğulanıb. Bununla yanaşı, enerji sektoru, neft və qaz, ticarət, ətraf mühit və turizm sahəsində əməkdaşlığa böyük potensial olduğu bildirilib.