|
09:04
Qəbələdə zəlzələ baş verib.
Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, bu gün yerli vaxtla saat 06:38-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə zəlzələ qeydə alınıb.
Maqnitudası 5,4, dərinliyi 10 km olan zəlzələ hiss olunub.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
***
Bu gün səhər saatlarında Qəbələdə ikinci zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, yerli vaxtla 08:55-də Qəbələ şəhərindən 24 km şimal-şərqdə növbəti zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Dərinliyi 15 km olan zəlzələnin maqnitudası 3.1 bal olub.