|
Müxalifət liderləri Cavad Heyətin məzarını ziyarət etdilər
Teleqraf.az Musavat.com-a istinadən xəbər verir ki,KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, "Azadlıq" partiyasının sədri Əhməd Oruc, eləcə də adı çəkilən partiyaların rəhbərliyinə daxil olan şəxslər - Arif Hacılı, Gülağa Aslanlı və başqaları bu gün II Fəxri Xiyabanda olaraq bu yaxınlarda Bakıda dünyasını dəyişmiş böyük ziyalı və vətənpərvər Cavad Heyətin məzarını ziyarət ediblər. Bu barədə Musavat funksioneri Razim Əmiraslanlı sosial şəbəkədə məlumat yayıb.
Ziyarətçilərin mərhum doktorun məzarının üstünə əklil qoyub, onun xatirəsini anıblar.
Xatırladaq ki, İranda doğulan Cavad Heyət bütün ömrünü Azərbaycan davasına həsr etmişdi və istər İranda, istərsə də Azərbaycanda böyük nüfuz sahibi idi.