|
“Bilik Günü”ndə orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açıb.
15. 09. 2014 il tarixində Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "Bilik Günü " ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə AMİ Qazax filialının prorektoru Məmməd Yusifov açdı. Daha sonra çıxış üçün söz dos. Afaq xanım Qasımovaya verildi. O da öz növbəsində instituta qəbul olmuş tələbələri "Bilik Günü" münasibətilə təbrik etdi və onlara yeni dərs ilində müvəffəqiyyətlər arzuladı.
Daha sonra çıxış üçün söz institutun Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Fazil Əliyevə verildi. O da öz növbəsində instituta qəbul olan tələbələri təbrik etdi.
Sonra çıxış üçün söz instituta yeni qəbul olmuş tələbələrə verildi. İlk öncə söz institutun I kurs tələbəsi Qəfərova Nərgiz Aslan qızına və həmçinin I kurs tələbəsi Qəsəbova Aytac Elxan qızına verildi.
Onlar da müəllim və tələbə heyyətinin qarşısında söz verdilər ki, oxumaqla yanaşı təlim və tərbiyyəyə üstünlük verəcəklər.