|
Suriyanın paytaxtı Şam şəhərində müxaliflərin nəzarətində olan Duma bölgəsinə edilən hava hücumu nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
Əsəd təyyarələri Şam şəhərinin şərq hissəsini atəşə tutması nəticəsində ölən şəxslərin içərisində uşaq və qadınlar da olub. Hücum nəticəsin 200 nəfərin yaralandığı bildirilib, onların içərisində ağır yaralılar var.
Bölgədə olan müxalifət fəallarından biri olan Yusif əl Bostaninin sözlərinə görə, ərazidə 10-ə yaxın bina uçub. Bostaninin sözlərinə görə, hücumlardan sonra ərazidə can bazarı yaşanıb, insanlar uçan binaların altından yaxınlarını çıxarmaq üçün saatlarla ərazidə axtarışlar aparıb. Bostaninin sözlərinə görə, hücumlar nəticəsində ölənlərin çoxu uşaq və qadın olub.
Yaralılar yaxınlıqdakı səhra xəstəxanasına aparılıb. İnsan tələfatının bu qədər çox olmasının səbəbi isə əsədçilərin bu ərazini ard-arda 4 dəfə bombardman etməsidi. Əsədin qırıcı təyyarələri Duma ilə yanaşı Cobarı da bombardman edib. İlk öncə yayılan məlumatlarda ölənlərin sayı 20 yaralıların sayı isə 170 olduğu bildirilsə də, daha sonra bu rəqəmlər artıb.