|
ABŞ Prezidenti Barak Obama bu gecə yerli vaxtla saat 21:00-da böyük hərbi əməliyyatların başlayacağını elan edə bilər.
Axar.az xəbər verir ki, prezidentlik müddətində ən əhəmiyyətli xarici siyasət planını açıqlayacaq Obama brifinqini Ağ Evdə keçirəcək.
Dünyanın bir çox televiziya kanallarında canlı olaraq yayımlanacaq bu çıxış tarixi əhəmiyyət daşıyır.
Ağ Evin adı çəkilməyən nümayəndəsi yayımlanacaq çıxışın məzmunu barədə qısaca açıqlama verib. Onun sözlərinə görə, Obama ABŞ-ın İŞİD-ə qarşı mübarizə planını açıqlayacaq:
“Bu gecə prezident Barak Obamanın Suriyada müxalifətə veriləcək dəstək, İraq hökuməti ilə yeni iş birliyi və İŞİD-in yox edilməsi ilə bağlı qərarını eşidəcəksiniz”.