|
İranın İRNA agentliyinin məlumatına görə, Ali Dini Lider Ayatollah Ali Khamenei prostat əməliyyatı üçün xəstəxanaya yerləşdirilib.
Məlumatda deyilir ki, «rutin» əməliyyat uğurla keçib.
75 yaşlı Ayatollah Ali Khamenei 1989-cu ildən ölkənin ali lideridir və bütün dövlət işlərində son söz sahibidir.
İRNA bildirir ki, əməliyyat sentyabrın 8-də paytaxt Tehranda hökumət xəstəxanasında aparılıb.
İranın dövlət televiziyasının məlumatına görə, Khamenei əməliyyatdan öncə televiziyaya deyib ki, «narahatlığa əsas yoxdur».
Şərhçilər İranın ali liderinin səhhəti barədə media məlumatlarını nadir hadisə adlandırır.