|
Ukraynanın Donetsk şəhərində könüllülərdən ibarət Krım bataliyonunun əsgərləri Çeçenistan prezidenti Ramzan Kadırovun Ukraynaya göndərdiyi muzdlularla açıq döyüşə gedib.
Teleqraf.az-ın xəbərinə görə Avropa.info saytı xarici KİV-ə istinadən məlumat verir ki,bunu Ukrayna prezidentinin müşaviri Yuri Biryokov öz facebook səhifəsində yazıb.
Müşavirin sözlərinə görə, könüllü Krım bataliyonu “Allahu Əkbər” deyərək, Kadırovun muzdlularının üzərinə hücum edib. Nəticədə təşvişə düşən muzdlular qorxaraq geri çəkiliblər.
Hadisə nəticəsində krımlılar tərəfindən zərər çəkən olmasa da, muzdluların bir neçəsinin həlak olduğu bildirilib.